DÇ-2026-nın finalının biletləri BAHALAŞIR
İdman
299
19:47, Bu gün

DÇ-2026-nın finalının biletləri BAHALAŞIR

FIFA 2026-cı ildə keçiriləcək dünya çempionatının həlledici final matçı üçün bilet qiymətlərində ciddi artıma gedib.

Moderator.az "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, azarkeşlər final qarşılaşmasını ən yaxşı yerdən izləmək üçün artıq 10 990 dollarından keçməli olacaqlar. Qeyd edək ki, bu biletin əvvəlki qiyməti 8 680 dollar təşkil edirdi.

Artım digər kateqoriyalara da təsirsiz ötüşməyib. Belə ki, ikinci kateqoriyalı biletlərin qiyməti 5 575 dollardan 7 380 dollara, üçüncü kateqoriya üzrə isə 4 185 dollardan 5 785 dollara qədər yüksəlib.

Xatırladaq ki, dünya çempionatının final oyunu iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatındakı İst-Raterford şəhərində təşkil olunacaq.

Ümumilikdə isə 2026-cı ilin dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadanın yaşıl meydanlarında baş tutacaq. Bu mundial özəlliyi ilə də seçiləcək - final mərhələsində ilk dəfə olaraq 48 milli komanda çempionluq uğrunda mübarizə aparacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər