Çempionlar Liqası:
İdman
157
02 Apr 2026 | 23:25

Çempionlar Liqası: "Barselona" "Real Madrid"i darmadağın etdi

Qadınlar arasında UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İspaniya təmsilçisi "Barselona" "Real"ı mübarizədən kənarlaşdırıb.

Moderator.az xəbər verir ki, Kataloniya kollektivi "Kamp Nou"da "Kral klubu"nu 6 cavabsız qolla üstələyərək yarımfinala adlayıb.

Beləliklə, iki matçın nəticəsinə görə "Barselona" 12:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Barselona" yarımfinalda Almaniyanın "Bavariya" klubu ilə qarşılaşacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər