İdman
258
18:20, Bu gün

"Fənərbağça"nın ulduz futbolçusu geri döndü - FOTO

"Fənərbağça"nın ulduz müdafiəçisi zədəsini tam sağaldaraq yenidən yaşıl meydanlara qayıdıb.

Moderator.az xəbər verir ki, bir müddətdir zədə səbəbindən "sarı-lacivərdlər"in heyətindən kənarda qalan Milan Șkrinyar artıq kollektivlə birlikdə ümumi məşq prosesinə qoşulub.

31 yaşlı təcrübəli futbolçunun Türkiyə Superliqasının XXVIII turu çərçivəsində baş tutacaq "Beşiktaş" derbisində forma geyinəcəyi ehtimal olunur.

Xatırladaq ki, İstanbul təmsilçisi Milan Șkrinyarı cari mövsümün startında PSJ-dən 6 milyon avro müqabilində rəsmən öz heyətinə qatmışdı.

Fənərbağçada derbidən əvvəl şad xəbər: Ulduz futbolçusu geri döndü

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər