19:57
14°C
Bakı
"Fənərbağça"nın ulduz müdafiəçisi zədəsini tam sağaldaraq yenidən yaşıl meydanlara qayıdıb.
Moderator.az xəbər verir ki, bir müddətdir zədə səbəbindən "sarı-lacivərdlər"in heyətindən kənarda qalan Milan Șkrinyar artıq kollektivlə birlikdə ümumi məşq prosesinə qoşulub.
31 yaşlı təcrübəli futbolçunun Türkiyə Superliqasının XXVIII turu çərçivəsində baş tutacaq "Beşiktaş" derbisində forma geyinəcəyi ehtimal olunur.
Xatırladaq ki, İstanbul təmsilçisi Milan Șkrinyarı cari mövsümün startında PSJ-dən 6 milyon avro müqabilində rəsmən öz heyətinə qatmışdı.
