İdman
247
17:59, Bu gün

"İnter" və "Milan"ın ortaq şirkətində yoxlamalar aparıldı

İtaliya maliyyə polisi əfsanəvi "San Siro" stadionunun "İnter" və "Milan" klublarına 200 milyon avroya satılması ilə əlaqədar səs-küylü araşdırmaya başlayaraq, Milan Şəhər Şurasının ofislərində qəfil axtarışlar həyata keçirib.

Moderator.az xəbər verir ki, bu barədə "Football İtalia" nəşri məlumat yayıb.

Hüquq-mühafizə orqanları məmurları gizli sövdələşmələr qurmaqda və tender prosesində saxtakarlıq etməkdə şübhəli bilirlər. Əməliyyat zamanı sübut kimi bir çox kompüter və mobil telefon müsadirə edilib.

Qalmaqallı iş üzrə "İnter"in sabiq baş direktoru Alessandro Antonelli və "Milan"ı idarə edən "Sport Life City" şirkətinin prezidenti Cüzeppe Bonomi də daxil olmaqla, ümumilikdə doqquz nəfər barəsində rəsmi araşdırma aparılır.

İstintaqın ehtimallarına görə, həmin şəxslər məxfi informasiyaları qanunsuz olaraq sızdırıb, hər iki klubla sövdələşmələri tezləşdirmək məqsədilə pərdəarxası maxinasiyalara əl atıb və bununla da sağlam rəqabət mühitini pozublar.

Hərçənd "Milan" və "İnter" klubları birbaşa olaraq istintaqa cəlb edilməyib, lakin "San Siro"nu idarə etmək üçün təsis olunan və hər iki komandanın ortaq mülkiyyətində olan "MI" şirkətinin ofislərində də yoxlamalar aparılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər