19:00
15°C
Bakı
Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi təcrübəli mütəxəssis Mirça Luçesku ilə yollarını ayırdığını rəsmən bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, tanınmış mütəxəssisin idarə etdiyi Rumıniya yığması DÇ-2026-nın pley-off mərhələsinə vəsiqə qazanmağı bacarmışdı. Lakin həlledici mərhələdə Türkiyə seçməsinə 0:1 hesabı ilə uduzan komanda dünya çempionatı uğrunda mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, M.Luçeskunun yığmadakı ikinci fəaliyyət dövrü əvvəlki kimi məhsuldar olmayıb: bu müddət ərzində Rumıniya millisi 11 qarşılaşmada meydandan qalib ayrılıb, bir dəfə sülhə razılaşıb və 6 matçda məğlub olub.