Fabio Kapello İtaliyanın DÇ-2026 fiaskosunun günahkarlarını açıqladı
İdman
310
14:35, Bu gün

Fabio Kapello İtaliyanın DÇ-2026 fiaskosunun günahkarlarını açıqladı

Dünyaşöhrətli italyan mütəxəssis Fabio Kapello İtaliya milli komandasının DÇ-2026-dan kənarda qalmasına görə məsuliyyət daşıyan şəxslər barədə danışıb.
 
Moderator.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu cür böyükmiqyaslı uğursuzluqdan sonra heç kimin istefa verməməsindən ciddi şəkildə narahatlığını ifadə edib.
 
Sabiq baş məşqçi mövcud vəziyyəti sərt şəkildə tənqid edərək deyib:
 
"Ən böyük narahatlıq ondan ibarətdir ki, yaşanan bu fiaskoya görə heç kim vəzifəsindən getmək istəmir. Əslində isə məsuliyyəti birbaşa federasiya prezidenti və onun komandası daşımalıdır. Problem yalnız meydandakı nəticələrdə deyil, bütövlükdə ölkənin futbol strukturundadır. İtaliya hər şeyə tamamilə sıfırdan başlamalıdır. Peşəkarları bir araya toplayıb, vəziyyəti dərindən təhlil etməli və infrastrukturu yenidən qurmalıyıq. Bu uğursuzluğa bəraət yoxdur və heç kim bəhanə axtarmamalıdır. Ümid edirəm ki, bu zərbə əsl dirçəlişin başlanğıcı olacaq".
 
Xatırladaq ki, İtaliya yığması dünya çempionatına yollanmaq uğrunda A yolunun həlledici pley-off qarşılaşmasında Bosniya və Herseqovina ilə üz-üzə gəlib və əsas vaxtı 1-1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında (1-4) məğlub olaraq mundialdan kənarda qalıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər