Rauf Məmmədov Almaniyada
İdman
142
01 Apr 2026 | 23:14

Rauf Məmmədov Almaniyada "Grenke" şahmat festivalına qatılacaq

Azərbaycanın üçqat Avropa çempionu Rauf Məmmədov Almaniyanın Karlsrue şəhərində keçiriləcək "Grenke" şahmat festivalında iştirak edəcək.

Azərbaycan Şahmat Federasiyasından Moderator.az-a verilən məlumata görə, ənənəvi beynəlxalq yarış aprelin 2-6-sı aralığında baş tutacaq.

Qeyd edək ki, yarışda həmçinin Sabiq dünya çempionu, FIDE reytinqinin lideri Maqnus Karlsen də iştirak edəcək.

Link kopyalandı!
Son xəbərlər