00:15
11°C
Bakı
İngiltərə təmsilçisi "Mançester Siti"nin mart ayı üçün ən yaxşı oyunçusu müəyyənləşib.
Moderator.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, özbəkistanlı müdafiəçi Abdukodir Xusanov bu ada layiq görülüb.
22 yaşlı oyunçu azarkeşlər arasında keçirilən səsvermədə yarımmüdafiəçi Rodri və cinah hücumçusu Ceremi Dokunu qabaqlayıb.
Xusanov daha əvvəl – yanvarda da "şəhərlilər"in heyətində ən yaxşı oyunçu adına layiq görülmüşdü.
Qeyd edək ki, müdafiəçi ötən ay bütün turnirlərdə 6 oyuna çıxıb və onların 5-də start heyətində yer alıb.
Xusanov 2025-ci ilin yanvarından "Mançester Siti"nin formasını geyinir. O, 2025/2026 mövsümündə 29 oyunda iştirak etsə də, hələlik fərqlənə bilməyib.