Şahmatçılarımızın FIDE reytinqində yeni mövqeləri bəlli oldu
İdman
212
21:40, Bu gün

Şahmatçılarımızın FIDE reytinqində yeni mövqeləri bəlli oldu

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) aprel ayı üçün reytinq cədvəli açıqlanıb.

Moderator.az bu barədə FIDE-nin rəsmi saytına istinadən xəbər verir.

Reytinqdə Azərbaycan şahmatçıları arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. 40 yaşlı qrosmeyster 2715 xalla 27-ci sırada qərarlaşıb.

Teymur Rəcəbov (2698) 37-ci, Aydın Süleymanlı (2653) 64-cü, Eltac Səfərli (2648) 67-ci, Rauf Məmmədov isə (2636) 87-cidir.

Azərbaycanın qadın şahmatçılarından Ülviyyə Fətəliyeva (2431) 29-cu pilləyə yüksəlib. Günay Məmmədzadə (2374) 64-cü, Gövhər Beydullayeva (2358) 85-ci, Xanım Balacayeva (2350) isə 92-ci pillədə yer alıblar.

Siyahıya norveçli şahmatçı Maqnus Karlsen (2840) başçılıq edir. ABŞ təmsilçilərindən Hikaru Nakamura (2810) 2-ci, Fabiano Karuana (2793) 3-cüdür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər