Harri Keyn
İdman
335
01 Apr 2026 | 21:10

Harri Keyn "Real"a qarşı Çempionlar Liqası matçını buraxa bilər

Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn aprelin 7-də İspaniya təmsilçisi "Real" ilə keçiriləcək UEFA Çempionlar Liqasının 1/4 final matçını buraxa bilər.

Moderator.az xəbər verir ki, bununla belə, İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel hücumçunun zədəsinin ciddi olmadığını bildirib.

Onun sözlərinə görə, Keyn Yaponiya ilə oyundan əvvəl məşq zamanı yüngül zədə alıb.

Britaniya mətbuatı zədənin ayaqda olduğunu yazsa da, Tuxel ətraflı məlumat verməkdən imtina edib. "Bavariya"nın tibbi heyəti çərşənbə günü futbolçunun vəziyyətini tam yoxlayacaq.

Qeyde dək ki, bu mövsüm Keyn "Bavariya"nın heyətində 40 oyunda 48 qol vurub. Bu, 30 yaşlı futbolçunun karyerasında ən yaxşı fərdi nəticəsidir.

Link kopyalandı!
Son xəbərlər