Ekvadorla matç
İdman
280
20:37, Bu gün

Ekvadorla matç "Liverpul"un müdafiəçisinə baha başa gəldi

İngiltərənin "Liverpul" komandası ciddi itki ilə üzləşib.

Moderator.az xəbər verir ki, mersisaydlıların müdafiəçisi Jeremi Frimponq zədələnərək sıradan çıxıb.

O, ötən gün Niderland milli komandasının heyətində Ekvadorla keçirilən qarşılaşmada xəsarət alıb.

Aldığı zərbə səbəbindən futbolçu meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb. Zədəsinin ciddilik dərəcəsi hələlik məlum olmayan Frimponqun yaşıl meydanlara tam olaraq nə vaxt dönəcəyi açıqlanmayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər