22:11
13°C
Bakı
İngiltərənin "Liverpul" komandası ciddi itki ilə üzləşib.
Moderator.az xəbər verir ki, mersisaydlıların müdafiəçisi Jeremi Frimponq zədələnərək sıradan çıxıb.
O, ötən gün Niderland milli komandasının heyətində Ekvadorla keçirilən qarşılaşmada xəsarət alıb.
Aldığı zərbə səbəbindən futbolçu meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb. Zədəsinin ciddilik dərəcəsi hələlik məlum olmayan Frimponqun yaşıl meydanlara tam olaraq nə vaxt dönəcəyi açıqlanmayıb.