İdman
257
19:37, Bu gün

"Qalatasaray"dan rekord təklif: Fofana üçün 30 milyon avro

Türkiyənin "Qalatasaray" klubu transfer bazarında böyük səs-küy yaradacaq növbəti gedişə hazırlaşır. İstanbul təmsilçisinin əsas hədəfi "Milan"ın fransalı yarımmüdafiəçisi Yussuf Fofanadır.

Moderator.az İtaliyanın nüfuzlu "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, "sarı-qırmızılar" artıq rəsmi addımlar ataraq İtaliya klubunun masasına 30 milyon avroluq cəlbedici təklif qoyublar.

Klub rəhbərliyi 27 yaşlı dayaq yarımmüdafiəçisini razı salmaq üçün diqqətçəkən şərtlər irəli sürüb. Fofanaya illik 5 milyon avro məvacib müqabilində 4 illik müqavilə təklif edilib. Hazırda Fransa milli komandasının da üzvü olan futbolçunun bu təklifə hələlik yekun cavab vermədiyi bildirilir.

Yussuf Fofana cari mövsümdə "Milan"ın heyətində meydana çıxdığı 28 qarşılaşmada 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İtaliya klubu ilə hazırkı müqaviləsi və Avropadakı nüfuzu transferin reallaşma ehtimalını maraq mərkəzinə çevirib.

Qalatasaraydan rekord təklif: Fofana üçün 30 milyon avro

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər