Azərbaycan millisi FIFA reytinqində irəlilədi
İdman
137
18:20, Bu gün

Azərbaycan millisi FIFA reytinqində irəlilədi

FIFA-nın yenilənmiş reytinq cədvəlində futbol üzrə Azərbaycan milli komandası mövqeyini yaxşılaşdıraraq üç pillə irəliləyib.

Moderator.az FIFA-nın saytına istinadən xəbər verir ki, yığmamızın bu reytinq artımı "FIFA Series - 2026" beynəlxalq turnirində əldə etdiyi çempionluqdan sonra qeydə alınıb.

Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız hazırkı siyahıda aktivinə 1136.67 əmsal yazdıraraq 124-cü pillədə qərarlaşmağı bacarıb. Millimizin ən yaxın "qonşusu" Surinam 1132.43 xalla 125-ci yeri qazanıb. 123-cü yerin sahibi Farer Adalarının isə aktivində 1137.14 xalı var.

Qeyd edək ki, 1877.32 xalla Fransa yığması ilk pillədə yer alıb. Siyahının ikinci pilləsini 1876.40 xalla İspaniya, üçüncü mövqeni isə 1874.81 xalla Argentina millisi tutub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər