Premyer Liqada 9 qol vuran hücumçu “Neftçi”nin baş məşqçisinin TRANSFER SİYAHISInda
İdman
267
16:07, Bu gün

Premyer Liqada 9 qol vuran hücumçu “Neftçi”nin baş məşqçisinin TRANSFER SİYAHISInda

«Şamaxı»nın hücumçusu Kərim Rossi «Neftçi»nin maraq dairəsindədir.
 
Ölkəmizdə ilk mövsümünü keçirən isveçrəli legioner Yuri Vernidubun diqqət mərkəzindədir.
 
Dörd aya yaxındır «ağ-qaralar»ı çalışdıran ukraynalı mütəxəssis 31 yaşlı forvardla bağlı müsbət rəy verib.
 
O, Premyer Liqanın geridə qalan 25 turunda 9 qol vuran ön xətt oyunçusunun taktiki baxışlarına uyğun gəldiyini bildirib.
 
Klub funksionerləri ilə fikir mübadiləsi aparan təcrübəli sükançı Rossinin bir neçə keyfiyyətini qeyd edib. Avropalının cərimə meydançasınla başla əla oynamasının üzərində xüsusi dayanıb.
 
«Neftçi»nin standart epizodlardan az-az hallarda yararlanmasını qabardan Vernidubun fikrincə, Rossi bu çatışmazılğı aradan qaldırmaq iqtidarındadır.
 
Üstəlik, isveçrəlinin uzaq məsafələrdən qapıya qüvvətli zərbələr endirmək bacarığını önə çəkib.
 
Rossinin «Şamaxı» ilə müqaviləsi 2 ay sonra başa çatacaq. Onun buradakı aylıq məvacibi 5000 dollardır. /sportinfo.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər