18:09
13°C
Bakı
Almaniya nəhəngi "Bavariya"nın əvəzolunmaz qapıçısı və kapitanı Manuel Noyer yenidən komanda ilə birlikdə məşqlərə start verib.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda komandanın müdafiəçisi Rafael Gerreyro da artıq məşq prosesinə qoşulub.
Xatırladaq ki, 40 yaşlı təcrübəli qolkiper Bundesliqanın 25-ci turu çərçivəsində "Borussiya Mönhenqladbax"a qarşı baş tutan matçda (4:1) zədələnərək fasilədə meydanı tərk etmək məcburiyyətində qalmışdı.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlər daxil olmaqla ümumilikdə 29 görüşdə çərçivəni qoruyan Noyer onlardan 10-unda rəqiblərin qol sevinci yaşamasına imkan verməyərək qapısını toxunulmaz saxlayıb.