Turnirin qalibi olduğumuz üçün çox şadıq.
Moderator.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “FIFA Series-2026” turnirinin finalında Syerra Leone yığmasına qalib gəldikləri oyundan (1:1, p. 9:8) sonra keçirilən mətbuat konfransında deyib.
O, ilk hissədə müəyyən səhvlərə yol verdiklərini və hücumlarda son nöqtəni qoya bilmədiklərini söyləyib: “Rəqib hesabı açdıqdan sonra müdafiədə daha diqqətli oynamağa başladı. Fasilədən sonra etdiyimiz dəyişikliklər nəticəsini verdi və hesabı bərabərləşdirə bildik. Azarkeşlər uzun müddətdir belə maraqlı oyun izləməmişdilər. Millətlər Liqasına daha yaxşı hazırlaşmaq üçün işimizi davam etdirməliyik. Futbolçular penaltilər zamanı soyuqqanlılıqlarını qorudular və bu da bizim üçün dəyərli bir təcrübə oldu”.