“Tottenhem”in futbolçusu müvəqqəti baş məşqçi təyin edilə bilər
İdman
135
19:10, Bu gün

“Tottenhem”in futbolçusu müvəqqəti baş məşqçi təyin edilə bilər

“Tottenhem” hazırkı oyunçusu Ben Devis komandanın müvəqqəti baş məşqçisi ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Məlumata görə, “Tottenhem”in müdafiəçisi topuğundan zədələnib və yanvar ayından bəri meydandan kənarda qalıb.

Buna görə də, Premyer Liqa klubunun rəhbərliyi 32 yaşlı mütəxəssisi mövsümün sonuna qədər baş məşqçi vəzifəsinə namizəd kimi nəzərdən keçirir.

Devisin komandanın ən hörmətli oyunçularından biri olduğu və hazırda məşqçilik təlimi keçdiyi bildirilir.

Qeyd edək ki, “Tottenhem” baş məşqçi İqor Tudoru istefaya göndərdiyini elan edib. Onun rəhbərliyi altında komanda yeddi oyunda beş dəfə məğlubiyyətə uğrayıb.

Hazırda komanda Premyer Liqanın turnir cədvəlində 30 xalla 17-ci yerdədir ki, bu da düşmə zonasından bir xal yuxarıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər