İngiltərəli azarkeşlər VAR sisteminin ləğvini dəstəkləyirlər
İdman
193
18:57, Bu gün

İngiltərəli azarkeşlər VAR sisteminin ləğvini dəstəkləyirlər

İngiltərə və Uelsdə azarkeşlərin maraqlarını təmsil edən Futbol Azarkeşləri Assosiasiyası sorğu keçirib.

Moderator.az "Sky Sport"a istinadən xəbər verir ki, respondentlərin 76 faizi Video Köməkçi Hakim (VAR) sisteminin ləğvini dəstəkləyirlər.

Premyer Liqa klublarının fanatlarına VAR-ın tətbiqi ilə bağlı ümumi təəssürat, sistemdə edilən müxtəlif dəyişikliklər, eləcə də video hakimlərin səlahiyyətlərinin genişləndirilməsi barədə 15 sual ünvanlanıb.

Azarkeşlər VAR-ın işinin nə daha sürətli, nə də daha dəqiq olduğuna inanırlar.

Stadionlara gedən tərəfdarların cəmi 3,4 faizi VAR-ın oyunun inkişafına müsbət təsir göstərdiyini düşünür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər