20:41
11°C
Bakı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib.
Moderator.az-ın məlumatına görə, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Malta yığması ilə üz-üzə gəlib.
Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Xatırladaq ki, B liqasının 2-ci qrupunda yer alan U-17 daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə edib.