İran yığması dünya çempionatı ilə vidalaşır?
İdman
197
17:55, Bu gün

İran yığması dünya çempionatı ilə vidalaşır?

İran Futbol Federasiyası Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FIFA) rəsmi məktub ünvanlayıb. Müraciətdə ABŞ və İsraillə davam edən münaqişənin ölkənin idman infrastrukturuna ciddi ziyan vurduğu vurğulanıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı İSNA agentliyi yayıb.

"Dərin təəssüf və kədər hissi ilə bildiririk ki, İran İslam Respublikasının ərazisinə edilən qanunsuz hərbi təcavüz nəticəsində idman obyektlərinə, xüsusilə də ölkə futboluna ağır zərbə dəyib", - deyə FIFA-ya göndərilən məktubda qeyd olunub.

Xatırladaq ki, növbəti dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə baş tutacaq. Turnirə vəsiqə qazanan İran millisi Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə birlikdə G qrupunda qərarlaşıb. Komandanın qrup mərhələsindəki hər üç qarşılaşmasının məhz ABŞ-də keçirilməsi nəzərdə tutulur.

Bundan əvvəl, martın 11-də İranın idman naziri Əhməd Donyamali mövcud vəziyyətlə əlaqədar milli komandanın DÇ-2026-da iştirakının qeyri-mümkün olduğunu bəyan etmişdi. Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp da İran yığmasının 2026-cı ildə keçiriləcək mundialda iştirakını yersiz adlandırmışdı.

Eyni zamanda, martın 27-də yayılan məlumatlara görə, İran hökuməti ölkənin milli idman komandalarının "dost olmayan ölkələrdə" təşkil edilən yarışlara qatılmasına rəsmi şəkildə qadağa qoyub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər