İngiltərə millisinin sabiq hücumçusu baş məşqçi təyin olundu
İdman
257
16:07, Bu gün

İngiltərə millisinin sabiq hücumçusu baş məşqçi təyin olundu

İngiltərə yığmasının sabiq ulduz futbolçusu Cermeyn Defo karyerasında yeni bir mərhələyə qədəm qoyub və "Uokinq" komandasının baş məşqçisi postuna təyin edilib.

Moderator.az xəbər verir ki, bu təyinat barədə İngiltərənin V divizionunda mübarizə aparan klubun rəsmi mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, tanınmış keçmiş hücumçu buna qədər "Tottenhem" klubunun akademiyasında məşqçi kimi fəaliyyət göstərərək öz sahəsində təcrübə toplayıb.

Xatırladaq ki, Cermeyn Defo zəngin futbolçu karyerası ərzində İngiltərənin "Tottenhem", "Vest Hem" və "Bornmut" kimi tanınmış klublarının formasını geyinərək yaşıl meydanlarda çıxış edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər