İran futbol infrastrukturuna dəyən ziyan barədə FİFA-ya müraciət etdi
İdman
205
15:30, Bu gün

İran futbol infrastrukturuna dəyən ziyan barədə FİFA-ya müraciət etdi

İran Futbol Federasiyası FIFA-ya müraciət edərək ölkədə hərbi münaqişə nəticəsində idman infrastrukturunun, o cümlədən futbol stadionlarının dağıldığını bildirib.
 
Moderator.az xəbər verir ki, İranın ISNA agentliyinin yaydığı məktubda qeyd olunub:
 
“Dərin təəssüf hissi ilə bildiririk ki, İslam Respublikasına qarşı həyata keçirilən hücum nəticəsində İranın idman infrastrukturu, xüsusilə futbol sahəsi ciddi zərər görüb”.
 
Bundan əvvəl, İran rəsmiləri mövcud geosiyasi vəziyyəti nəzərə alaraq milli komandanın 2026-cı il dünya çempionatında iştirakdan imtina edə biləcəyini istisna etməyiblər.
 
Həmçinin ABŞ prezidenti Donald Tramp İran millisinin turnirdə iştirakının məqsədəuyğun olmadığını bildirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər