Azərbaycan - Syerra Leone matçını idarə edəcək hakimlər açıqlandı
İdman
247
13:05, Bu gün

Azərbaycan - Syerra Leone matçını idarə edəcək hakimlər açıqlandı

"FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində bu gün baş tutacaq Azərbaycan - Syerra Leone qarşılaşmasında ədaləti Özbəkistandan olan hakimlər briqadası qoruyacaq.
 
Moderator.az xəbər verir ki, bu matçın baş hakimi vəzifəsi Asker Najafaliyevə həvalə edilib.
 
Ona həmyerliləri İslom Azimov, Baxtiyorxuja Şavkatov köməklik göstərəcəklər. Görüşdə dördüncü hakim funksiyasını isə Axrol Ruskullayev yerinə yetirəcək.
 
Xatırladaq ki, futbol azarkeşlərinin diqqət mərkəzində olan bu qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq və saat 19:00-da start götürəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər