Kosovo - Türkiyə matçının hakimləri açıqlandı
İdman
288
15:30, Bu gün

Kosovo - Türkiyə matçının hakimləri açıqlandı

Türkiyə millisinin DÇ-2026-ya vəsiqə verən play-off-un Kosovo ilə final oyunu üçün hakim təyinatları açıqlanıb.
 
Moderator.az UEFA-nın saytına istinadən xəbər verir ki, matç tanınmış referi Maykl Oliverə tapşırılıb.
 
Priştinədəki "Fadil Vokrri" stadionunda keçiriləcək oyunda Oliverə yan xətdə Stüart Burt və Ceyms Meynvairinq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Kavanah yerinə yetirəcək.
 
Qeyd edək ki, Kosova – Türkiyə matçı martın 31-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər