Bizi sosial şəbəkələrdən izləyin:
"Mercedes" komandasının 19 yaşlı üzvü Andrea Kimi Antonelli Yaponiya Qran-prisindəki qələbəsindən sonra "Formula-1" tarixində pilotların sıralamasında liderlik edən ən gənc pilot olub.
Moderator.az Sports.ru-ya istinadən xəbər verir ki, italyan idmançı 19 yaş 216 günlüyündə çempionatın liderliyinə yüksəlib.
O, ardıcıl olaraq Çin və Yaponiya Qran-prilərində qələbə qazanaraq, karyerasında iki qalibiyyət əldə edib.
Bundan əvvəlki rekordun sahibi hazırda "Ferrari"də çıxış edən yeddiqat "Formula-1" çempionu Lyuis Hemilton olub.
Britaniyalı pilot 2007-ci ildə "McLaren"dəki debüt mövsümündə 22 yaş dörd ay altı günlüyündə turnir cədvəlinə başçılıq etmişdi.