Millimizin baş məşqçisi komandanın əsas problemlərini AÇIQLADI
İdman
213
17:38, Bu gün

Millimizin baş məşqçisi komandanın əsas problemlərini AÇIQLADI

Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandasının hədəfi Avropa çempionatının seçmə mərhələsinin II raundunda Malta ilə keçirəcəyi oyunda qələbə qazanmaqdır.

Moderator.az xəbər verir ki, bunu U-17-nin baş məşqçisi Aqil Nəbiyev AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, əvvəlcə Bolqarıstan (1:1) və Litva (0:0) ilə matçları dəyərləndirib:

"Bolqarıstanla birinci oyunu üstün keçirən tərəf biz olduq. Rəqibin ən böyük "silahı" standart vəziyyətlər idi. Qolu da məhz bu şəkildə vurdular. Buna baxmayaraq, bərabərlik topunu vura bildik. Qələbə qazanmaq üçün yaxşı imkanlar əldə etsək də, dəyərləndirə bilmədik. Əsas problem son ötürmələr və zərbələrdədir. Bu problemi Litvaya qarşı keçirilən ikinci matçda da yaşadıq. Başdan sonra qədər matça tam diktə etdik, topa daha çox sahib olduq. Hakim də iki dəfə 100 faizlik penaltimizi vermədi. Saysız-hesabsız qol fürsətlərimiz oldu. Futbolçular bu çatışmazlığı aradan qaldırmaq üçün çox çalışmalıdırlar. Millidə cəmi 3-4 günlük hazırlıqdan sonra oyunlara çıxırıq, bunların üzərində işləməyə vaxtımız olmur".

A.Nəbiyev qrupun son turu çərçivəsində martın 30-da Malta yığmasına qarşı keçiriləcək görüşlə bağlı danışıb:

"Əsas odur ki, kollektivdə qələbə əzmi var, futbolçular hər matça qalibiyyət üçün çıxırlar. İnanıram ki, Malta ilə görüşdə bunu reallaşdıra biləcəyik. Hədəfimiz Malta ilə qarşılaşmada mütləq qələbə qazanmaqdır. Futbolçularda müəyyən yorğunluq var. İstənilən halda, qrupun son matçında yaxşı oynamalı və istədiyimiz nəticəni əldə etməliyik".

Qeyd edək ki, B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz 2 xalla üçüncü pillədə qərarlaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər