Tofiq Musayev UFC-də növbəti döyüşünə çıxır
İdman
209
14:17, Bu gün

Tofiq Musayev UFC-də növbəti döyüşünə çıxır

Azərbaycanı dünyanın ən nüfuzlu MMA platforması olan Mütləq Döyüş Çempionatında (UFC) təmsil edən Tofiq Musayev yenidən oktaqona qayıdır.

Moderator.az xəbər verir ki, idmançımız ABŞ-nin Sietl şəhərində baş tutacaq nəhəng UFC turnirində qüvvəsini sınayacaq. Yüngül çəki dərəcəsində mübarizə aparan Musayevin rəqibi çilili İqnasio Bahamondes olacaq.

Döyüş həyəcanı martın 29-na keçən gecə yaşanacaq. Tofiq Musayevin də çıxış edəcəyi turnirin ilkin qarşılaşmalarına Bakı vaxtı ilə saat 01:00-da start veriləcək.

Qeyd edək ki, qarşıdan gələn sınaq Musayevin UFC karyerasında ikinci döyüşü kimi tarixə düşəcək.

Xatırladaq ki, təmsilçimiz ötən il iyunun 22-də Bakıda keçirilən ilk döyüşündə qırğızıstanlı Mıktıbek Orolbaya məğlub olmuşdu. Eyni zamanda, rəqib İqnasio Bahamondes də sonuncu dəfə məhz Bakıdakı turnirdə digər təmsilçimiz Rafael Fiziyevə uduzaraq oktaqonu məğlub tərk etmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər