15:49
12°C
Bakı
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə aprelin 1-2-də Gəncə şəhərində kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Bu barədə Moderator.az-a ACF-dən məlumat verilib.
Gəncə İdman Sarayından baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.