Azərbaycan millisi yeni rekord müəyyənləşdirib
İdman
319
27 Mar 2026 | 23:55

Azərbaycan millisi yeni rekord müəyyənləşdirib

Futbol üzrə Azərbaycan milli komandası tarixinin ən böyükhesablı qələbəsini qazanaraq yeni rekord müəyyənləşdirib.

Moderator.az xəbər verir ki, yığma bu uğura "FIFA Series - 2026" beynəlxalq turnirində Sent-Lüsiya ilə keçirilən qarşılaşmada nail olub.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 6:1 hesabı ilə darmadağın edib.

Bununla da milli komanda əvvəlki rekordunu yeniləyib. Azərbaycan yığmasının bundan əvvəlki ən böyükhesablı qələbəsi 2017-ci ildə San-Marino üzərində qazanılıb - 5:1. Həmin qarşılaşma 2018-ci il dünya çempionatının seçmə mərhələsinə təsadüf edib.

Digər böyük qələbələrdən biri isə Lixtenşteyn üzərində qeydə alınıb. Milli 1999-cu ildə keçirilən rəsmi beynəlxalq oyunda rəqibini 4:0 hesabı ilə məğlub edib və uzun müddət bu nəticə rekord kimi qalıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər