00:29
12°C
Bakı
Bu nəticəni gözləmirdim.
Moderator.az xəbər verir ki, bu sözləri “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Azərbaycan seçməsinə 1:6 hesabı ilə məğlub olan Sent Lüsiya millisinin baş məşqçisi Stern Con deyib.
O, sadə səhvlər etdiklərini bildirib.
“Bilirdik ki, rəqib fiziki və taktiki cəhətdən bizi üstələyəcək. Azərbaycan millisi çox yaxşı təşkilatlanmış komandadır. Bu barədə futbolçularıma məlumat vermişdim. Demişdim ki, onlar Avropa təmsilçisidir və güclü rəqiblərə qarşı oyunlar keçiriblər. Buraya gəlmək üçün uzun zaman sərf etdik. Bir oyun keçirmək məyusedicidir”, - deyə baş məşqçi əlavə edib.