Kosovonun baş naziri Türkiyə ilə oyun öncəsi böyük mükafatı açıqladı
İdman
370
17:57, Bu gün

Kosovonun baş naziri Türkiyə ilə oyun öncəsi böyük mükafatı açıqladı

DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin həlledici finalına vəsiqə qazanan Kosovo milli komandası öz meydanında Türkiyə yığması ilə üz-üzə gələcək.

Moderator.az xəbər verir ki, Kosovonun baş naziri Albin Kurti futbolçular üçün böyük motivasiya mənbəyi olacaq bir addım atıb.

O, milli komandanın dünya çempionatına vəsiqə əldə edəcəyi təqdirdə, oyunçu və məşqçi heyətinə ümumilikdə 1 milyon avro məbləğində mükafat ödəniləcəyini bəyan edib.

Xatırladaq ki, final qarşılaşması martın 31-də Priştinada keçiriləcək. Bu matçın qalibi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacaq.

Link kopyalandı!
Son xəbərlər