Azərbaycanın U-21 millisi bu gün Bakıda Portuqaliya yığması ilə üz-üzə gələcək
İdman
193
10:23, Bu gün

Azərbaycanın U-21 millisi bu gün Bakıda Portuqaliya yığması ilə üz-üzə gələcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
 
Moderator.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv Bakıda Portuqaliya komandasını qəbul edəcək.
 
"Palms Sports Arena"da təşkil olunacaq qarşılaşma saat 15:00-da start götürəcək.
 
Xatırladaq ki, Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında 5 xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 13 xalla liderdir.
 
Link kopyalandı!
Son xəbərlər