Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün UEFA Millətlər Liqasında C və D Divizionlarının son iki iştirakçısını müəyyənləşdirmək üçün ilk pley-off oyunları keçiriləcək.
Moderator.az xəbər verir ki, Latviya millisi Cəbəllütariqlə, Lüksemburq yığması isə Malta ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Komandalar arasında cavab matçları martın 31-də olacaq. Bu cütlərin qalibi yeni mövsümdən C Liqasında, məğlubu isə D Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, Cəbəllütariq - Latviya matçının qalibi C Liqasının ikinci, məğlubu D Liqasının birinci qrupunda çıxış edəcək. Malta - Lüksemburq oyunun qalibi C Liqasının dördüncü, məğlubu isə D Liqasının birci qrupunda mübarizə aparacaq.