Azərbaycanın parabadmintonçusu İspaniyada gümüş medal qazandı
İdman
175
14:55, Bu gün

Azərbaycanın parabadmintonçusu İspaniyada gümüş medal qazandı

Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.
 
Moderator.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, 20 yaşlı idmançı parabadmintonçuların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) fərqlənib.
 
Təmsilçimiz polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə birlikdə çıxış edərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.
 
Link kopyalandı!
Son xəbərlər