Nərgiz İsmayılova Çempionlar Liqasının 1/4 finalına təyinat alıb
İdman
148
13:15, Bu gün

Nərgiz İsmayılova Çempionlar Liqasının 1/4 finalına təyinat alıb

Azərbaycanlı mütəxəssis Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.
 
Bu barədə Moderator.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib.
 
N.İsmayılova kişilər arasında Çempionlar Liqasının 1/4 final mərhələsində İtaliyanın "Kuçine Lube" və Polşanın "Aluron" komandalarının qarşılaşmasında supervayzer kimi iştirak edəcək.
 
Qeyd edək ki, bu gün İtaliyada baş tutacaq qarşılaşmanın hakimləri portuqaliyalı Rikardu Ferreyra və yunanıstanlı Vasileios Vasileiadis olacaq.
Link kopyalandı!
Son xəbərlər