Azarkeşlər FIFA-ya qarşı:
İdman
197
08:40, Bu gün

Azarkeşlər FIFA-ya qarşı: "Biletlər bilərəkdən bahalaşdırılır"

Avropanın istehlakçılar təşkilatı ("Euroconsumers") və azarkeşlər birliyi ("Football Supporters Europe") FIFA-nı DÇ-2026-nın bilet satışında sui-istifadələrdə ittiham edərək təşkilat barəsində Avropa Komissiyasına (AK) şikayət ünvanlayıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
 
Azarkeşlər hesab edirlər ki, FIFA biletlərə şişirdilmiş qiymətlər müəyyən edir və bazarda dominant mövqedən sui-istifadəni qadağan edən Avropa İttifaqının (Aİ) Fəaliyyəti haqqında Müqavilənin 102-ci maddəsini pozur.
 
Təşkilatlar FIFA-nı ucuz biletlərin çatışmazlığında, yerlərin bölüşdürülməsində şəffaflığın kifayət qədər olmamasında və dinamik qiymətqoyma tətbiqində ittiham edirlər.
 
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.
Link kopyalandı!
Son xəbərlər