Məhəmməd Salah
İdman
202
24 Mar 2026 | 23:40

Məhəmməd Salah "Liverpul"dan ayrılır

"Liverpul" klubu misirli hücumçu Məhəmməd Salah ilə yollarını ayıracaq.

Moderator.az bildirir ki, M.Salah bu barədə sosial şəbəkə hesablarında məlumat verib.

33 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədə olsa da, o, 2025/26 mövsümünün sonunda "Liverpul"u tərk edəcək.

Misirli hücumçu 2017-ci ildən bəri mersisaydlıların heyətində çıxış edir. O, bu müddət ərzində 435 matçda meydana çıxıb, 255 qol vurub və 122 məhsuldar ötürmə ilə yadda qalıb.

Salah "Liverpul"un heyətində 9 trofey qazanıb, o cümlədən Çempionlar Liqası və Avropa Liqasının qalibi olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər