İdman
515
24 Mar 2026 | 17:10

"Barselona"nın zədəli futbolçularının komandaya qoşulacağı vaxt bəlli olub

İspaniyanın "Barselona" klubunun zədəli mdafiəçiləri Jül Kunde, Alexandro Balde və yarımmüdafiəçisi Frenki de Yonqun komandaya qoşulacaqları vaxt məlum olub.

Moderator.az-ın "Mundo Deportivo" istinadən məlumatına görə, Jül Kunde və Alexandro Balde yığmaların oyunlarına görə yaranan fasilədən sonra keçiriləcək ilk matçda, aprelin 4-də "Atletiko"ya (Madrid) qarşı matçda heyətə qayıdacaqlar.

Lakin Frenki de Yonqun bərpası daha çox vaxt aparacaq. Onun aprelin 11-də "Espanyol"la keçiriləcək qarşılaşmaya qədər sıraya dönəcəyi gözlənilir.

Qeyd edək ki, "Barselona" 29 turdan sonra 73 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər