Nigeriyalı vinger
İdman
133
14:00, Bu gün

Nigeriyalı vinger "Qarabağ"ın düşərgəsində

Nigeriyanın "Komfort Edge" klubunun futbolçusu Onyema Çukvumaobim Azərbaycana yollanıb.
 
Moderator.az Afrika mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı vinger "Qarabağ"ın dəvəti ilə ölkəmizə gəlib.
 
Sol cinah oyunçusu bir müddət Ağdam klubunda baxışdan keçiriləcək. Çukvumaobim özünü doğruldarsa, müqavilə imzalanması gözlənilir.
 
Nigeriyalı hücumçu bəyənilərsə, mövsümün qalan hissəsini klubun akademiyasında keçirəcək. O, aşağı yaş qruplarında çıxış edəcək. Yüksək performans göstərərsə, növbəti mövsüm əsas komandaya cəlb olunacaq.
 
Link kopyalandı!
Son xəbərlər