Çempionlar Liqası klubları indiyə qədər nə qədər qazanıb?
İdman
231
12:35, Bu gün

Çempionlar Liqası klubları indiyə qədər nə qədər qazanıb?

Çempionlar Liqasının 1/8 final mərhələsinin final oyunları ötən həftə başa çatdı.
 
Moderator.az bildirir ki, Avropanın aparıcı yarışı uğrunda mübarizəni davam etdirəcək səkkiz şanslı komandaları müəyyənləşib.
 
“Bavariya”, “Arsenal”, “Liverpul”, PSJ, “Real”, “Barselona”, “”Sportinq” və “Atletiko” dörddəbir finala yüksəliblər.
 
Cütlüklər aşağıdakı kimidir: “Real” – “Bavariya”, “Sportinq” – “Arsenal”, PSJ – “Liverpul” və “Barselona” – “Atletiko”.
 
Bu komandaların hər biri dörddəbir finala vəsiqə qazandıqları üçün əlavə 12,5 milyon avro mükafat pulu alıblar.
 
Bu günə qədər bu səkkiz komanda Çempionlar Liqasında iştirak edərək aşağıdakı məbləğdə mükafat qazanıb:
 
“Bavariya” – 112,3 milyon avro;
 
“Arsenal” – 109,7 milyon;
 
“Liverpul” – 109,5 milyon;
 
PSJ – 105,9 milyon;
 
“Real”– 102,6 milyon;
 
“Barselona” – 100,3 milyon;
 
“Atletiko” – 89,2 milyon;
 
“Sportinq” – 79,6 milyon.
 
Xatırladığımız kimi, bütün bu maliyyə vəsaitləri bir neçə komponentdən ibarətdir, o cümlədən müəyyən bir raunda çatmaq üçün vəd edilmiş vəsaitlər, eləcə də oyunlarda qalib gəlmək, heç-heçə etmək və ya uduzmaq üçün bonuslar. Bundan əlavə, klublar sonradan televiziya hüquqlarından alacaqları rəqəmləri öyrənəcəklər.
 
Çempionlar Liqasında iştirak etmiş və hazırda iştirak edən klubların bütün maliyyə cədvəli belə görünür.
Link kopyalandı!
Son xəbərlər