Azərbaycan millisi seçmə mərhələdə ilk oyununa çıxır
İdman
1347
24 Mar 2026 | 11:52

Azərbaycan millisi seçmə mərhələdə ilk oyununa çıxır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.
 
Moderator.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan Aqil Nəbiyevin komandası Bolqarıstanla qarşılaşacaq.
 
Plovdiv şəhərindəki “Xristo Botev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
 
Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, martın 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.
 
Link kopyalandı!
Son xəbərlər