Markus Türam İngiltərə Premyer Liqasına keçə bilər
İdman
253
18:00, Bu gün

Markus Türam İngiltərə Premyer Liqasına keçə bilər

İtaliyanın "İnter" klubunun hücumçusu Markus Türam yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Moderator.az-ın "FC Inter News"ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı klublarının ciddi marağına baxmayaraq, 28 yaşlı fransalı forvard karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə üstünlük verir.

Artıq İngiltərənin "Aston Villa" və "Nyukasl" klublarının futbolçu ilə təmasa keçdiyi bildirilib.

Türam cari mövsümdə "neradzurri"nin heyətində bütün turnirlər daxil olmaqla 36 matçda meydana çıxıb. Təcrübəli hücumçu bu oyunlarda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Transfermarkt" portalı M.Türamın dəyərini 60 milyon avro qiymətləndirir.

Link kopyalandı!
Son xəbərlər