16:51
13°C
Bakı
"Los-Anceles Leykers" klubunun amerikalı hücumçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında keçirilən oyunların sayına görə yeni rekorda imza atıb.
Moderator.az "TASS"a istinadən xəbər verir ki, "Orlando"ya qarşı keçirilən səfər oyunu (105:104) L.Ceyms üçün turnirdə 1 612-ci matç olub.
O bu göstərici ilə dördqat NBA çempionu Robert Perişi geridə qoyub.
Qeyd edək ki, Lebron Ceymsin 41 yaşı var. O, dörd dəfə NBA çempionu olub. Hücumçu həmçinin topladığı xalların və keçirdiyi mövsümlərin sayına görə liqanın rekordçusudur. Hazırkı mövsüm L.Ceyms üçün NBA-da sayca 23-cüdür.