02:10
7°C
Bakı
Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə ABŞ futbol liqasında (MLS) debüt edib.
Moderator.az xəbər verir ki, 21 yaşlı futbolçumuz müntəzəm mövsümün 5-ci turunda "Toronto" ilə oyunun 88-ci dəqiqəsində oyuna daxil olub.
Görüş "Toronto"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.