Stadionu 999 illik icarəyə götürdülər
İdman
262
21 Mar 2026 | 21:59

Stadionu 999 illik icarəyə götürdülər

İngiltərənin “Milluol” klubu ev stadionu olan “Din” arenasının 999 illik icarəsi ilə bağlı razılaşma əldə edib.

Moderator.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubdan bildirilib ki, Luishem şəhər şurası ilə bütün hüquqi sənədlər rəsmi şəkildə imzalanıb və bu addım “Milluol”un gələcəkdə uzunmüddətli sabitliyini təmin edəcək.

“Klub və Luishem şəhər şurası “Milluol”a “Din” stadionu və ətraf ərazilərin 999 illik yeni icarəsini təmin edən bütün hüquqi sənədlərin imzalanmasını tamamlayıb. Bu əlamətdar razılaşma uzunmüddətli sabitliyi təmin edir, klubun tarixi ev stadionunu qoruyur və ambisiyalı, davamlı inkişaf üçün zəmin yaradır” – deyə açıqlamada qeyd olunur.

“Den” stadionu Londonda yerləşir və 1993-cü ildə inşa olunub. “Milluol” klubu 1885-ci ildə yaradılıb və hazırda İngiltərə çempionatının ikinci güclü divizionunda çıxış edir. Komandanın ən böyük uğuru 2004-cü ildə İngiltərə Kubokunun finalına yüksəlməsi olub. Həmin oyunda London təmsilçisi “Mançester Yunayted”ə 0:3 hesabı ilə məğlub olub.

 

(publika)

Link kopyalandı!
Son xəbərlər