Premyer Liqa:
İdman
407
18:17, Bu gün

Premyer Liqa: "Turan Tovuz" - "Qəbələ" görüşündə qapılara beş qol vuruldu

Misli Premyer Liqasında XXV tura yekun vurulub.

Moderator.az xəbər verir ki, turun son oyununda avrokuboklara iddialı olan "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç qərb təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

"Turan Tovuz"un heyətində Hayderson Urtado (3, 49) və Joarlem Santos (59) fərqləniblər. Qonaq komandada Eşqin Əhmədov (27) dəqiq zərbə müəllifi olub, Roderik Miller isə tovuzluların heyətində (90+7) avtoqol müəllifi olub.

Bu turdan sonra "Turan Tovuz" 48 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 16 xala malik "Qəbələ" isə on birinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" "Sumqayıt"ı (3:1), "Kəpəz" "Qarabağ"ı (1:0), "Neftçi" isə "İmişli"ni (6:0) məğlub edib.

09:00

Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulur.

Moderator.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Turan Tovuz" - "Qəbələ"ni qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.

Misli Premyer Liqası

XXV tur

21 mart

16:00. "Turan Tovuz" - "Qəbələ"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev

VAR: Əliyar Ağayev

AVAR: Nicat İsmayıllı

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Link kopyalandı!
Son xəbərlər