Seymur Məmmədov:
İdman
263
15:50, Bu gün

Seymur Məmmədov: "Birbaşa Bakı"nın əsas üstünlüyü illərlə formalaşmış sabit heyətidir"

"Minifutbol üzrə Azərbaycan çempionatının finalında "Zirə"min rəqibi olacaq "Birbaşa Bakı"nın əsas üstünlüyü illərlə formalaşmış sabit heyətidir".
 
Moderator.az xəbər verirki, bunu "Report"a açıqlamasında "Zirə"nin minifutbol üzrə komandasının baş məşqçisi Seymur Məmmədov deyib.
 
Mütəxəssis ölkə çempionatının yarımfinalında məğlub etdikləri "Sumqayıt"la matçı dəyərləndirib:
 
"Əlbəttə ki, "Sumqayıt" komandası yarımfinala qədər gəlib çıxıbsa, deməli, güclü rəqibdir. Uşaqların istəyi, məşqçinin işi göz qabağındadır. Öz komandama gəlincə, uşaqların oyunu və qələbə əzmi məni qane etdi. Xırda detalları və səhvləri nəzərə almasaq, hər şey yaxşı idi, çünki səhvsiz futbol olmur".
 
Baş məşqçi finaldakı rəqibləri "Birbaşa Bakı"nın təcrübəsinə və sabit heyətinə diqqət çəkib:
 
"Birbaşa Bakı" dünya arenasında sözünü demiş komandalardandır. Onları digərlərindən fərqləndirən ən əsas cəhətlərdən biri illərdir bir yerdə oynamalarıdır. Hansı komandanın final matçına daha yaxşı hazır olduğu meydanda görünəcək. Hazırda şansları bərabər qiymətləndirirəm".
 
S.Məmmədov həlledici oyundan öncə heyətlə bağlı son durumu da bölüşüb:
 
"Heyətimizdə zədəli oyunçu yoxdur. İnşallah, finala qədər də olmaz və həlledici qarşılaşmaya tam heyətlə çıxarıq".
Link kopyalandı!
Son xəbərlər