22:20
9°C
Bakı
2025-2026 mövsümündə Türkiyəni UEFA turnirlərində "Qalatasaray", "Fənərbaxça", "Samsunspor", "Beşiktaş" və "Başakşehir" təmsil edib.
Moderator.az xəbər verir ki, beş komandanın hamısı 1/4 final matçları öncəsi avrokuboklardan kənarlaşıb.
Lakin UEFA-nın mükafat pullarının bölüşdürülməsi meyarlarına görə, Türkiyə komandalarına müəyyən vəsait ödəniləcək.
Belə ki, qurum "Qalatasaray"a 53,53, "Fənərbaxça"ya 19,47, Samsunpora isə 7.89 milyon avro verəcək.
Azərbaycanda da yetərincə azarkeşi olan Beşiktaş 1,27 milyon, Başakşehir isə 1,27 milyon avro qazanc əldə edib.